12:22 - 24.09.2021
24 sentyabr, Fineko/abc.az. "Anglo Asian Mining plc"nin 2021-ci ilin birinci yarısında qızıl istehsalı 24 min 249 unsiya (2020-ci ilin birinci yarısında: 27 min 922 unsiya), mis istehsalı 1333 ton (2020-ci ilin birinci yarısında: 1207 ton), gümüş istehsalı 78 min 981 unsiya (2020-ci ilin birinci yarısında: 58 min 529 unsiya) təşkil edib.
ABC.AZ şirkətin açıqlamasına istinadən xəbər verir ki, "Anglo Asian Mining plc" 2021-ci ilin birinci yarısında 19 min 582 unsiya (ötən ilin eyni dövründə: 23 min 979 unsiya) qızıl külçələr satııb. Qızılın hər unsiyası orta hesabla 1776 dollardan satılıb (2020-ci ilin birinci yarısı 1649 dollar).
Şirkətin Baş İcraçı direktoru Rza Vəziri açıqlamasında qeyd edib ki, "Yarım illik fəaliyyətimizin nəticələrini təqdim etməkdən məmnunam. Şirkətin 2021-ci ilin birinci yarısında ümumi gəlirliliyi bir əvvəlki ilə nisbətən azalıb, lakin nəticələr gözləntilərə uyğundur və 2021-ci ilin ikinci yarısında maliyyə göstəricilərinin yaxşılaşacağını gözləyirik. Maliyyə vəziyyətimiz güclü olaraq qalır".
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024