330x110
 

Azərbaycan internetin sürətinə görə gerilədi - Sürət azalıb

19.10.2021,10:09


19 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 40,69 Mbit/s təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu göstərici avqust ayı ilə müqayisədə 3,6% artıb. Bəhs olunan dövrdə mobil şəbəkələrimizin çıxış trafikinin sürəti avqust ayının göstəricisi ilə müqayisədə 3,8% artaraq 15,39 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 63,15 Mbit/s və 13,37 Mbit/s təşkil edib.

Sentyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 2 pillə geriləyərək 64-cü yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad