2017-ci ildə 1,9 min azərbaycanlı yaşamaq üçün xaricə köçüb

15:23 - 12.04.2018


12 aprel, Fineko/abc.az.  2017-ci ildə yaşamaq üçün Azərbaycana 3,1 min nəfər köçüb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ölkə əhalisinin sayı 88,1 min nəfər və ya 0,9% artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898,1 min nəfərə çatmışdır.

“Sevindirici haldır ki, ölkədə miqrasiya saldosu da müsbət olaraq qalmaqdadır. Belə ki, 2017-ci ildə daimi yaşamaq üçün ölkədən gedən 1,9 min nəfərə qarşı Azərbaycana gələnlərin sayı 3,1 min nəfər təşkil etmişdir”, - T.Budaqov belə deyib.