Azərbaycanda yeni şirkət - 100 min manat nizamnamə kapitalı var

17:09 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Azərbaycanda böyük mebel şirkəti yaradılıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu, “Esse Modern Furniture” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.26 A m.30 ünvanında 100 000 manat nizamnamə kapitalı ilə təsis edilib.

“Esse Modern Furniture” MMC-nin qanuni təmsilçisi İsayev Seymur Ramazan oğludur.

 

Bütün xəbərlər