Deputat Xankəndidəki institutun yenidən bərpasına pul ayrılmasını xahiş etdi

15:10 - 23.11.2021


23 noyabr, Fineko/abc.az. Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır.

Xocalı və Xankəndiyə vəsaitin ayrılması məsələsi Milli Məclisdə müzakirə edildi

ABC.AZ xəbər verir ki, bunu Xankəndini təmsil edən millət vəkili Tural Gəncəliyev deyib.

O qeyd edib ki, bu xüsusda təmsil etdiyi Xankəndi şəhərində şəhərin işğalına qədər Pedaqoji İnstitutun filialı fəaliyyət göstərirdi. "1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi. Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm” deyə T.Gəncəliyev bildirib.

Bütün xəbərlər