Yaponiya neft ehtiyatlarının bir hissəsini satacaq

24.11.2021,10:04


24 noyabr, Fineko/abc.az.   Yaponiya da neft ehtiyatlarının bir hissəsini satmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ölkə hakimiyyəti strateji ehtiyatlardakı xam neftin bir hissəsini satacaq.

"Biz ehtiyatlarımızın bir hissəsini satacağıq və neftin qiymətinin sabitləşməsi üçün başqa tədbirlər görəcəyik”, - o vurğulayıb. Eyni zamanda, hökumət başçısı satılacaq ehtiyatların həcmini və bu prosesin vaxtını dəqiqləşdirməyib və iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiudanın müvafiq məlumatı açıqlayacağını bildirib.