Yapon şirkətləri yeni rəqəmsal valyuta təqdim edəcək

10:27 - 25.11.2021


25 noyabr, Fineko/abc.az. 74 Yaponiya şirkəti və təşkilatından ibarət konsorsium 2022-ci ilin ikinci yarısında yeni rəqəmsal valyuta təqdim etməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, valyutanın müvəqqəti adı "DCJPY"-dir. Rəqəmsal valyuta bank depozitləri ilə təmin olunacaq.

Konsorsium, şirkətlər arasında gecə-gündüz ani əməliyyatlar həyata keçirmək üçün blokçeyn texnologiyalarından və ümumi platformadan istifadə etməyi planlaşdırır.  Müəllif: Elmir Murad

Bütün xəbərlər