330x110
 

Almaniya şirkətləri Azərbaycanın dəmir yolları ilə əməkdaşlıq etmək istəyir

25.11.2021,10:37


25 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-də  Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı  şirkətlərinin  nümayəndə  heyətləri ilə görüş təşkil edilib.

ABC.AZ-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.

Görüşdə Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyi bildirilib. Qeyd edilib ki, “Azərbaycan Dəmir  Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər. Müəllif: Elmir Murad