Ünvanlı yardımın məbləği artacaq - Nazir detalları açıqladı

03.12.2021,16:50


3 dekabr, Fineko/abc.az. Gələn ilin əvvəlindən minimum pensiyanın, sosial müavinət və təqaüdlərin artırılmasının 730 mindən çox şəxsi əhatə edəcəyini deyib.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, ilin əvvəlində indeksasiya nəticəsində də artım olacaq ki, bu artım da pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq.

“Ünvanlı yardımın hesablanması ehtiyac meyarı əsasında aparılır. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir. Bu o deməkdir ki, yeni ilin əvvəlindən ehtiyac meyarı 200 manata çatdırılmaqla, aztəminatlı ailələrə yönələn ünvanlı yardımın məbləği də çoxalacaq”.

Müəllif: Elmir Murad