Yeni barmaq izi texnologiyası təkmilləşdirildi - Daha sürətlə çalışır

17.01.2022,10:23


17 yanvar, Fineko/abc.az. “Qualcomm” şirkəti “3D Sonic Sensor” adlı birinci nəsil barmaq izi texnologiyasını təkmilləşdirib.

ABC.AZ-ın məlumatına görə, yeni barmaq izi texnologiyası iki dəfə daha sürətlə çalışır.

Beləliklə ekrana inteqrasiya olunan “3D Sonic Sensor Gen 2” adlı yeni barmaq izi skanı texnologiyası smartfon ekranının 77%-ni əhatə edir.

Bu isə öz növbəsində 1.7 dəfə daha çox biometrik məlumatın əldə olunması imkanını yaradır.

Mühəndislərin əldə etdikləri ən əsas nailiyyət ondan ibarətdir ki, bu yeni texnologiya əvvəlki ilə müqayisədə barmaq izini iki dəfə daha tez skan edir.

Müəllif: Elmir Murad