"Bitkoin" niyə ucuzlaşıb? - Səbəblər

24.01.2022,10:47


24 yanvar, Fineko/abc.az. Şənbə günü ticarət sessiyası zamanı "Bitkoin" 34 min 161 min dollara düşüb.

ABC.AZ-ın məlumatına görə, "Bitkoin" sonuncu dəfə 2021-ci ilin iyulunda bu səviyyədə ticarət edilmişdi.

Ekspertlər buna bir neçə səbəb göstərib.

Belə ki, iqtisadçılar hesab edir ki, cümə axşamı Rusiya Mərkəzi Bankı kriptovalyutaların yayılmasının yaratdığı təhdidləri azaltmaq üçün Rusiyada kriptovalyutaların buraxılışını, hasilatını və dövriyyəsini qadağan etmək planlarını açıqlayıb.

Bundan sonra isə "Bitkoin"də ucuzlaşma başlayıb.

Müəllif: Elmir Murad