Agentlik 10 istiqamət üzrə 310 milyon manat subsidiya ödəyib

11:27 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. 2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 10 müxtəlif istiqamət üzrə 310 milyon manat subsidiya ödəyib.

ABC.AZ xəbər verir ki, bunu Agentliyin sədr müavini Leyla Məmmədova Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm İnvestisiya Forumu”unda bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il rəhbərlik etdiyi qurum müxtəlif istiqamətlərdə istehsalını genişləndirmək istəyən kənd təsərrüfatı obyektlərinin sahiblərinə 70 milyon manatdan çox aşağı faizli mikro kredit ayırıb.

 

Bütün xəbərlər