"Təmiz Şəhər" ASC-nin zərəri 241 milyon manatı keçdi

11:55 - 22.02.2022


22 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2020-ci ili 20,065 milyon manat zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 26,5% azdır.

Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 9,1% artaraq 241,33 milyon manata çatıb.

2020-ci ildə "Təmiz Şəhər"in əməliyyat gəlirləri 4,86 milyon manat (2019-cu ilə nisbətən 8,6% çox), əməliyyat xərcləri 18,621 milyon manat (3,5% çox), əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərəri 3,505 milyon manat (4,9 dəfə az), maliyyə aktivləri, debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə zərəri 2,842 milyon manat (əvvəlki il gəlir olub), ödənilmiş avanslar üzrə dəyərsizləşmə zərəri 8 min manat (3,1 dəfə az), məzənnə fərqindən gəliri isə 51 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bütün xəbərlər