Bu Bankın daşınmaz əmlakı satışa çıxarılacaq - Qiymətlər

17:03 - 30.03.2022


30 mart, Fineko/abc.az. 6 aprel 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ-ın məlumatına görə, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64, mənzil 64 ünvanında yerləşən fərdi yaşayış (ümumi sahəsi 91 kv.m) sahəsinin 16 mart 2022-ci ildə keçirilən ilkin hərracı baş tutmamışdır.

Daşınmaz əmlakın təkrar hərracı 6 aprel 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək. Daşınmaz əmlakın satış qiyməti 102850 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

 

Bütün xəbərlər