Yaxın vaxtlarda məcburi köçkünlərimizi Ağalı kəndinə köçürəcəyik - Komitə sədri

14:39 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Artıq Zəngilan rayonunda Ağalı kəndinin tikintisi başa çatıb.

ABC.AZ-ın məlumatına görə, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri qeyd edib ki, yaxın zamanlarda məcburi köçkünlərimizi ora köçürəcəyik.

R.Rzayev bildirib ki, böyük qayıdışı həyata keçirməkdə ən böyük maneə mina problemidir.

"Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub. Məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb. Məcburi köçkünlərin problemlərinin həllinə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”, - deyə o əlavə edib.

Bütün xəbərlər