Qarabağdakı ermənilərdən müsbət ismarışlar gəlməkdədir - İlham Əliyev

14:46 - 29.04.2022


29 aprel, Fineko/abc.az. "Müharibədən sonra baş verənlər göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Əksinə, biz sülh və ərazi bütövlüyümüzün tanınmasını istəyirik”.

ABC.AZxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Ölkəmizdə yaşayış standartlarının Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri ilə müqayisədə qat-qat üstün olduğunu qeyd edən dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb.

Bütün xəbərlər