Valyuta hərracında bankların tələbi azalıb

13:30 - 17.05.2022


17 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 17-də baş tutan valyuta hərracında $38,5 mln satılıb ki, bu da ötən hərracda olduğundan $7 mln (15,38%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $38,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər