Türkiyədə mənzil alan azərbaycanlıların sayı artıb

15:07 - 17.05.2022


17 may, Fineko/abc.az. Bu ilin aprel ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 156 mənzil alıb.

ABC.AZ Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 25 mənzil və ya 19,1 % çoxdur.

Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan vətəndaşları Türkiyədə 453 mənzil alıblar.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 mənzil və ya 18,6 % çoxdur.

Bu ilin 4 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 21 015, ötən ay isə 6 524 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 48,8 % və 57,9 % çoxdur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər