Azərbaycanda “Ağıllı poçt qutuları”nın istehsalına başlandı

15:47 - 17.05.2022


17 may, Fineko/abc.az. Azərbaycanda “Ağıllı poçt qutuları”nın (Kargomat) istehsalına və tətbiqinə başlanılıb.

ABC.AZ xəbər verir ki, yaxın 2 ildə 500-dən çox “Kargomat”ın istehsalı və quraşdırılması nəzərdə tutulur.

Bununla bağlı 2021-ci ildə istehsalçı şirkət və sifarişçi arasında uzunmüddətli əməkdaşlıq haqqında sənəd imzalanıb.

Layihə Azərbaycanda innovativ sahibkarlığın inkişafı, yeni texnoloji istehsal sahələrinin yaradılması, texnoloji məhsulların ixrac potensialının gücləndirilməsi, həmçinin logistika sektorunun inkişafını nəzərdə tutur.

Hazırda terminalların Türkiyədə qurulması ilə bağlı danışıqlar aparılır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə arasında innovativ sənaye istehsalı sahəsində kooperasiyanın genişləndirilməsinə xidmət edəcək.

Bütün xəbərlər