Bileti yüksək qiymətə satasan, amma yenə də zərərlə işləyəsən - Ekspert "AZAL"ı tənqid etdi

18.05.2022,14:03


18 may, Fineko/abc.az. İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir”.

ABC.AZ xəbər verir ki, bunu öz feysbuk səhifəsində iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.

Ekspert AZAL-ın son maliyyə hesabatında şirkətin 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurmasına ironik münasibət bildirib:

“Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir”.

Müəllif: Elmir Murad