Avropa Rusiya neftindən nə vaxt imtina edəcək?

12:32 - 19.05.2022


19 may, Fineko/abc.az. "Avropa Rusiya neft və qazından dərhal imtina edə bilməyəcək".

ABC.AZ xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

O qeyd edib ki, bəyanatlar belədir ki, Avropa Rusiya neftindən və qazından dərhal deyil, gələcəkdə imtina edə biləcək.

"Çünki bundan dərhal imtina etmək mümkün deyil. Rusiyanın Avropa enerji bazarında kifayət qədər böyük payı var - Avropanın ümumi qaz istehlakının 40 faizini, neft və neft məhsulları tədarükünün təxminən 20-25 faizini təşkil edir”, - o deyib.

Bütün xəbərlər