Azərbaycanda daha bir BOKT yaradıldı

27.05.2022,11:53


27 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti "Home Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni BOKT ötən ilin iyun ayında qeydiyyatdan keçmiş eyni adlı şirkətin bazasında yaradılıb.

Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 44, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbdən 10 min manat çox - 310 min manat, qanuni təmsilçisi isə Vüqar Rasim oğlu Əhrahovdur.