Bu sektordakı iş adamlarının 82%-i güzəştli kredit istəyir

12:31 - 30.06.2022


30 iyun, Fineko/abc.az. Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən iş adamlarının 82%-i İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə güzəştli kredit almaq istəyir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, turizm sektorundan olan sahibkarlarla görüşdə SİF-in müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov bildirib.

Onun sözlərinə görə, bu, Fondun sahibkarlar arasında keçirdiyi sorğu nəticəsində məlum olub.

"Qonaq evləri və bu tipli kiçik mehmanxanalar 30 min manata qədər, hostellər 40 min manata qədər, 2-3 ulduzlu hotellər isə 70-100 min manata qədər kreditə ehtiyac duyur”, - deyə İ.Hüseynov qeyd edib.

Bütün xəbərlər