Bankların depozitlər üzrə ödədiyi faizlər açıqlanıb - Azalma var

14:40 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin ilk 3 ayı ərzində depozitlər üzrə 82,6 milyon manat faiz ödəyiblər.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 milyon manat və ya 9,7% azalıb.

Belə ki, 2020-cu ilin ilk 3 ayında banklar 91,5 milyon manatlıq depozit faizləri ödəmişdilər.

Qeyd edək ki, 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manat, 2020-ci il ərzində isə 312,9 milyon manat faiz ödənişi həyata keçiriblər.

Müəllif: Elmir Murad

 

Other news