“Azərbaycan Sənaye Bankı” hesabat yayıb - Bəzi göstəricilərdə azalma var

14:48 - 13.07.2021


13 iyul, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin I yarısını 1,113 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu bankın maliyyə hesabatında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 67% və yaxud 3 dəfə azdır.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 17,324 milyon manat (illik müqayisədə 8,4% az), xərcləri 15,445 milyon manat (0,5% az), xüsusi ehtiyatlara ayırmaları 483 min manat (1 il əvvəl qənaət olub), mənfəət vergisi ödəmələri isə 283 min manat (65,9% az) təşkil edib.

 

Other news