Azərbaycan neftinin qiyməti düşdü

24.05.2018,10:22


24 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,43 dollar (1,76%) düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,89 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  0,28 dollar (0,39%) azalaraq  71,56 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti 0,39 dollar (0,49%) enərək 79,41 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 7,85 dollar / barelə təşkil edir.

 

Açar sözlər: Azəri Light Brent WTI