Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

12:22 - 12.08.2022


12 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat təşkil edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb, proqnoz 44 milyon 238,1 min manat artıq icra edilib.

Məlumata əsasən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 1 milyard 647 milyon 115 min manat təşkil edərək, proqnoz 101,6 faiz icra olunub.

Bütün xəbərlər