Meşə yanğınlarının səbəbi açıqlandı

12:13 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. Azərbaycanda son dövrlər baş verən meşə yanğınlarının əsas səbəblərindən biri qlobal istiləşmənin təsiridir.

ABC.AZ xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyində keçirilən müşavirədə nazir, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir vurğulayıb ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır:

"Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir".

Bütün xəbərlər