Oktyabr ayı üçün Şuşa, Ağdam və Füzuli istiqamətində biletlərin satışı başlayır

26.09.2022,11:31


26 sentyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayına olan biletlər 27 sentyabr 2022-ci il saat 17:00-da satışa çıxarılacaq.

ABC.AZ agentliyə istinadla xəbər verir ki, bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.