Bakı Nəqliyyat Agentliyi qeyri-qanuni dayanacaqların qarşısını almaq üçün qoruyucu tumbalar quraşdırır

16:02 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi  (BNA) yol təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir.

BNA-in məlumatında deyilir ki, Agentlik qoruyucu tumbaların quraşdırılması üzrə işlərə başlayıb.

“Birinci mərhələdə 10,000 ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır. Qoruyucu tumbalar, avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaqdır”, - məlumatda belə deyilir.

Tumbaların quraşdırılması üzrə işlər iyunun 1-dən aparılır və nümunə olaraq, Bülbül prospektində artıq 50 tumba quraşdırılmışdır.

 


Bütün xəbərlər