Taksi sürücüləri minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir – Xidmət rəisi

15:11 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Avtomobil nəqliyyatı sahəsində son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.

Xidmətin rəsmisinin sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

“Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir”.

 

Bütün xəbərlər