Bu mənzilləri almaq istəyənlərin sayı 7 min nəfəri keçdi

14:14 - 7.02.2023


7 fevral, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillər üçün müraciət edənlərin sayı açıqlanıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Layihələr və Məhsulların İdarəedilməsi Departamentinin Biznes Analizi Şöbəsinin Baş Mütəxəsissi Şahin Məmmədzadə "Sosial saat"da deyib.

O bildirib ki, mənzillər üçün 7 mindən çox müraciət qəbul olunub:

"Bunlar içərisində bronu tamamlayanlar, sənədi qeydiyyata alıb brona göndərməyənlər, eyni zamanda sənədi qeydə alıb müraciətini ləğv edənlər var. İyulun 1-nə qədər müraciətlər qəbul olunacaq. Bu müddətə qədər mənzillər tam satılacaqsa, proses dayandırılacaq. Əgər qalarsa, həmin tarixə qədər davam edəcək".

Qeyd edək ki, satışa 1662 mənzil çıxarılıb. Onlardan 1602-si ən azı bir nəfər tərəfindən bron edilib. Qalan mənzillər sadəcə Abşeron rayonu üzrədir. Digər ərazilərdəki mənzillərin hamısı bron edilib.

Bütün xəbərlər