Rusiya Federasiyası və Azərbaycan sərbəst avtotranzit haqqında razılaşmaya qayıdacaq

13:08 - 25.06.2018


25 iyun, Fineko/abc.az.  Rusiya və Azərbaycan iki ölkə arasında sərbəst avtomobil  tranziti haqqında razılaşmaya dönəcək.

Rusiya Dövlət Dumasının Nəqliyyat və tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçov Bakıda jurnalistlərə bildirib ki, keçirilmiş görüşlər gedişatında tərəfllər Rusiya ilə Azərbaycan arasında beynəlxalq avtomobil nəqliyyatı haqqında razılığa dönməyi qərara aldılar.

“Tərəflər ən əsas problemlərdən birini həll etməyə razılaşıblar:  Rusiyada və Azərbaycanda tranzit sərbəst olmalı, icazə sistemindən azad olmalıdır”, -  bu məsələnin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyevlə bazar günü keçirilən görüşündə də müzakirə olunduğunu qeyd edərək, bildirdi.

Moskviçovin sözlərinə görə, bu, “İrandan Azərbaycana və Rusiyaya yüklərin həcminin dəfələrlə artırılmasına imkan verəcək”.

Dövlət Dumasının spikeri Vyacheslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti 24-25 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdədir.

 

Bütün xəbərlər