Azərbaycanda qeyri-neft məhsullarının ixracı 20% artıb

13:01 - 3.07.2018


3 iyul, Fineko/abc.az. Yanvar-may aylarında Azərbaycan 667,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 112 milyon dollar və ya 20% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasına görə, beş ay ərzində Rusiyaya 223,2 milyon dollar, Türkiyəyə 154,3 milyon dollar, Gürcüstana 69,9 milyon dollar, İsveçrəyə 56,5 milyon dollar, Çinə 19,1 milyon dollar həcmində  qeyri-neft məhsulları ixrac edilib.

“Yanvar-may aylarında xüsusi olaraq, pomidor ixracı 96,8 milyon dollar təşkil etmişdir ki, bu da kəmiyyət cəhətdən  ötən ilin eyni dövrünə nisbətən 15 dəfə çox, qiymətdə isə 21% çoxdur”, - icmalda belə deyilir.

İcmalda deyilir ki, qeyri-neft ixracatında ikinci yeri elektrik enerjisi - 53,3 milyon dollar, üçüncü yer isə qızıl təşkil edir (48,4 milyon dollar). May ayında qeyri-neft ixracatı 182 milyon dollar təşkil edib: əsasən Rusiyaya (87,8 milyon dollar), Türkiyəyə (27,1 milyon dollar), İsveçrəyə (16,9 milyon dollar), Gürcüstana (13,5 milyon) və Hollandiyaya (6,3 milyon dollar) . May ayında 54,3 milyon dollarlıq pomidor, 16,3 milyon dollarlıq kartof, 14,1 milyon dollarlıq qızıl ixrac edilib.

“Pomidor ixracının göstəricisi əvvəlki aylarla müqayisədə rekord rəqəm təşkil edib”, - icmalda belə deyilir.

 

Bütün xəbərlər