Ərazi vergi orqanları dövlət büdcəsinə 320 milyon manat köçürdülər

10:58 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Yanvar-iyun aylarında ərazi vergi orqanları dövlət büdcəsinə 320,9 milyon manat köçürüblər.

Vergilər Nazirliyinin məlumatına görə, daxilolmaların artımı  keçən ilin eyni dövründə qeyd edilən göstərici ilə müqayisədə 13,6% təşkil edib.

“Daxilolmaların ümumi məbləğinin 242,1 milyon manatı və ya 75,4%-i qeyri-dövlət sektoruna aiddir. Dövlət sektorunun payı isə 24,6% (78,8 milyon manat) təşkil edib”, - nazirlikdən belə xəbər verildi.

Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, ilin birinci yarısında Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsində daxilolmaların həcmi 3382,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 30,0 milyon manat çox olub. Onların 65,8%-i və ya 2226,1 milyon manat  qeyri-neft sektorundan daxilolmalara aiddir.

 

Bütün xəbərlər