Azərbaycanda 35 mindən çox vətəndaşın pensiyaslı artdi

11:42 - 7.08.2018


7 avqust, Fineko/abc.az. “Əmək pensiyaları haqqında”  Qanununa  edilən 1 iyul 2017-ci il tarixli dəyişikliklərə əsasən, pensiya yaşında işləməyə davam edən şəxslərin pensiyasına hər 6 ildən bir  artım edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dəyişikliklərə əsasən, işçinin fərdi hesabına toplanan pensiya kapitalı 72-yə vurulur (yəni 6 il 12-ə vurulur) və yenidən hesablanır.

“Bununla əlaqədar  2017-ci ilin 1 iyul tarixindən  Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə 35 minə yaxın şəxs müraciət edib. Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb”, - deyə məlumatda qeyd edilir.

 

 

Bütün xəbərlər