Azərbaycanda vergi ödəyiciləri borclarını təxminən iki dəfə artıq ödəyiblər

16:40 - 2.11.2017


Azərbaycanın Hesablama Palatası, vergi ödəyiciləri tərəfindən  dövlət büdcəsinə əlavə vəsaitlərin ödənilməsi barədə xəbər verir.   Azərbaycanın Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsi layihəsi üzrə rəyində deyildiyi kimi, 2017-ci ilin 1 iyul tarixi üzrə, vergi ödəyicilərinin dövlət büdcəsinə 1172347,3 min manat həcmində borcları yaranıb (o cümlədən, əsas borc 961191,5 min manat, maliyyə sanksiyaları 168422,4 min manat və cərimə 42733,4 min manat təşkil etmişdir).

“Bununla, vergi ödəyicilərinin 2141340,6 min manat həcmində artıqödəmələri qeyd edilmişdir. 66,1% (774667,5 min  manat) fərdi sektorun, 20,7% (242350,5 min manat)  dövlət sektorunun, 11,2% (131790,9 min manat) xarici və 2,0% (23286,9 min manat) müştərək müəssisələrin payına düşüb”,  - rəydə belə qeyd edilib.

1172347,3 min manat məbləğində ümumi borcun 3,0%-i (34661,1 min manatı) neft sektorunda, 97,0%-i (1137686,2 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabınadır.

 

Bütün xəbərlər