Əfqanıstan artıq oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya ilk yükünü göndərəcək

13:24 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Əfqanıstan yüklərinin Avropaya tədarükünə “Lyapis Lazur” nəqliyyat marşrutu vasitəsilə həyata keçirməyə hazırlaşır.

1tvnews.af portalına Əfqanıstanın Xarici İşlər Nazirliyindən mənbə bildirib ki, ilk yük partiyası irəlidəki altı həftə ərzində yola salınacaq.

“Növbəti iki həftə ərzində nəqliyyat layihəsinin iştirakçı ölkələri ilə marşrut planı haqqında sazişin imzalanması gözlənilir”, - nazirlikdən belə xəbər verildi.

Əfqanıstanın Akina və Turqundi  limanlarından başlayan “Lyapis Lazur” nəqliyyat dəhlizi  Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə ərazilərindən keçir. Bu ölkələrin əraziləri ilə yük Avropaya çatdırılır. Layihə dəmir yolu, avtomobil və dəniz nəqliyyatını əhatə edir.

 

 

Bütün xəbərlər