330x110
 

Heydər Əliyev adına AAHM-də təlim-metodiki toplanış keçirilir

05.09.2018,14:21


5 sentyabr, Fineko/abc.az. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış öz işinə başlayıb. 
Toplanışda çıxış edən  Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov məktəbdə keçən müddət ərzində aparılan fəaliyyətləri təhlil edərək yeni tədris dövründə qarşıda duran vəzifələri, xüsusilə də Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarına çatdırıb.
General-mayor F.Salahov zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Təlim-metodiki toplanış sentyabrın 7-dək davam edəcək.