Şabran rayonunda yolun tikintisinə 8,6 milyon manat ayrılıb

10:12 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunda Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə sərəncam imzalayıb.

“Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, - bazar ertəsi günü dövlət başçısının saytında dərc edilmiş sərəncamda belə deyilir.

Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolu 6 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə  Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər