Bu yollarda rənglənmə işləri aparılacaq

16:29 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa Plazaya qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər