8 ay ərzində “Azəriqaz” abunəçilərinin sayı 55 min nəfərə çatdı

11:49 - 14.09.2018


14 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abunəçilərinin sayı 2018-ci ilin 1 sentyabr tarixinə 2,149,772 nəfər təşkil edir.

“Azəriqaz”ın məlumatında deyilir ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Birlik tərəfindən  əhali arasında  55.689 yeni abunəçi qeydə alınıb.

“Bakı, Sumqayıt və Abşeron rayonunda 34,002 min yeni abunəçi, ölkənin regionlarında isə 21,687 min abunəçi qeydiyyata alınıb”, - İB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər