Avropa nəhəngi “Natiq Əliyev”i “Palmali”dən 2 il müddətinə icarəyə götürdü

05.10.2018,11:29


5 oktyabr, Fineko/abc.az. Azərbaycanın energetika naziri mərhum Natiq Əliyevin adına verilən ən böyük tanker Tallin limanından dünya okeanına çıxıb.

“Palmali” şirkətlər qrupunun mətbuat xidmətindən alınan məlumata görə, tanker, Avropanın ən böyük şirkətlərindən biri olan “Tintrade” şirkəti tərəfindən 2 il müddətinə icarəyə götürülüb.

“Bu barədə “Palmali” ilə “Tintrade” arasında müqaviləsi bağlanılıb”, - deyə “Palmali” mətbuat xidməti bildirib.

Şirkətlər arasında əldə edilmiş razılaşmaya əsasən, “Natiq Əliyev” tankeri “Tintrade”yə məxsus malların nəqlini həyata keçirəcək,  gəminin bütün ekipajı isə yalnız Azərbaycan vətəndaşlarından ibarət olacaq.

Xatırladaq ki, buzlu şəraitdə üzə bilən gəmi 4 növ yük daşıya bilir və Natiq Əliyevin vəfatından sonra qısa müddətdə istifadəyə verilmişdir.

 

Açar sözlər: Palmali