AZAL və Iran Air Azərbaycan və İran arasında aviadaşımaların inkişafı üzrə səyləri birləşdirməyə razılaşdılar

26.10.2018,17:24


26 oktyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AZAL”ın məlumatında deyilir ki, görüşdə “Azərbaycan Hava Yolları” ilə “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

“Görüş zamanı  Cahangir Əsgərov qeyd edib ki, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.

Fərzanə Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd etmişdir. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır. Fərzanə Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir”, - məlumatada belə deyilir.

Məlumatda deyilir ki, tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildirmişdirlər.

Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.