Əmək nazirinin müavini: Azərbaycanda gənclərin işsizlik səviyyəsi orta göstəricidən iki dəfə yuxarıdır

30.10.2018,12:23


30 oktyabr, Fineko/abc.az.  Əhaliyə, o cümlədən gənclərə məşğulluğun təmin edilməsi məsələsi ölkənin sosial siyasətinin prioritetlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev AMAL layihəsinin (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatında gənclərin ölkə əhalisinin təxminən 25%-ni təşkil etdiyini bildirdi.

“Bütün dünyada olduğu kimi, gənclərin məşğulluğu məsələsi prioritet məsələdir və ancaq 2017-ci ildə gənclər arasında işsizlik səviyyəsi orta göstəricini ötərək 9,2% təşkil edib. Demoqrafik tendensiyaları nəzərə alaraq, hökumət bu göstəricini məşğulluq və özünüməşğulluq proqramlarının müxtəlif üsulları ilə azaltmaq üçün müxtəlif tədbirlər görür”, - nazir müavini belə deyib.

 

Açar sözlər: məşğulluq İdris İsayev