Azərbaycan hökuməti vergi sisteminin islahatları çərçivəsində büdcə gəlirlərindən imtina edib

15:32 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti gələn il geniş miqyaslı vergi islahatlarının keçiriləcəyini elan edib.

Azərbaycan Maliyyə Naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, bu, büdcə gəlirlərinin bir hissəsindən müəyyən bir müddətə faktiki olaraq imtina edilməsini nəzərdə tutan riskldir.

“İqtisadiyyatın şəffaflığının təmin edilməsi və kölgə iqtisadiyyatının tədricən aradan qaldırılması üçün tədbirlər həyata keçiriləcəkdir. Bu məqsədlə sahibkarları bu addımı dəstəkləməyə təşviq edəcəyik. Biz artıq işçilərlə işəgötürən arasında sosial müavinətlərin paylanması məsələsini nəzərdən keçirmişik “, - nazir belə deyib.

 

Bütün xəbərlər