Cari ildə dəmir yolu nəqliyyatı ilə 2,4 milyard dollarlıq yük daşınıb

20.11.2018,16:30


20 noyabr, Fineko/abc.az.  Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 5 milyon 407 min 310 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 444 milyon 873 min ABŞ dolları olub.

Son on ayda dəmir yolu nəqliyyatı ilə ixrac edilən 1 milyon 794 min 978 ton yükün dəyəri 634 milyon 999 min dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 3 milyon 612 min 331 ton, dəyəri isə 1 milyard 809 milyon 874 min dollar təşkil edib.