Azərbaycanda sürücülük hüququnun altı altkateqoriyası müəyyən edildi

13:14 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 493 nömrəli qərarı ilə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişikliklər edilib. 

Qərara əsasən, 1 yanvar 2019-cu ildən etibarən sürücülük hüququnun A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları qüvvəyə minəcək.

A, B və C kateqoriyalı, həmçinin B1 və C1 altkateqoriyalı vəsiqələr 18 yaşdan,  BE və C1E alt kateqoriyalı  - 19 yaşdan, CE kateqoriyalı - 21 yaşdan, D və D1 kateqoriyalı - 23 yaşdan, D1E alt kateqoriyalı vəsiqələr 25 yaşdan veriləcək.

Yeni alt kateqoriyalarla tanış olmaq üçün aşağıdakı linkə keçin: https://cabmin.gov.az/az/document/3141/

 

 

Bütün xəbərlər