Azərbaycan, Rusiya və İran daşımaların inkişafı üzrə işçi qrup yaradır

11:17 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Nəqliyyat Həftəsi-2018 çərçivəsində Rusiya, Azərbaycan və İran arasında yüklərin daşınması məsələləri müzakirə olundu.

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyindən bildirilib ki, görüşdə nəqliyyat nazirinin müavini Aleksey Semyonov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İranın yollar və şəhərsalma nazirinin müavini Adamnejad Şahram iştirak edib.

“Tərəflər üç ölkə arasında yüklərin daşınması məsələlərini nəzərdən keçirmiş və onların həcmlərinin artdığını qeyd etmişlər. Müzakirələrdən sonra tərəflər ölkələr arasında daşınmaların gələcək inkişafı məsələlərini həll etmək üçün birgə işçi qrupunun yaradılmasına, habelə müvafiq monitorinq sisteminin yaradılmasına razılıq veriblər”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər