Azərbaycanda ÜDM bir faiz artıb

16:15 - 17.12.2018


17 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun artım sürətinə dair statistika təqdim edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın ÜDM-in artımı 11 ay ərzində 1% təşkil edib.

“Hesabat dövrünün sonuna ölkənin ÜDM-i 72,432 milyard manata çatıb”, - məlumatda belə deyilir.

Qeyri-neft ÜDM-in artımı 1,3%, neft ÜDM-in artımı 0,3% təşkil edib.

 

Bütün xəbərlər